Mobil versiya
Trampdan iqtisadi göstəricilərlə bağlı sərt ittiham – Araşdırma tələb etdi
Tarix: 27-11-2026 | Saat: 19:23
Bölmə:Özəl | çapa göndər

Trampdan iqtisadi göstəricilərlə bağlı sərt ittiham – Araşdırma tələb etdi


ABŞ Prezidenti Donald Tramp ölkənin iqtisadi artım göstəricilərinin Konqresə ara seçkilərdən əvvəl qəsdən aşağı göstərildiyini iddia edərək təcili araşdırma aparılmasını tələb edib.

Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ İqtisadi Təhlil Bürosu oktyabrın 29-da 2026-cı ilin üçüncü rübündə real ümumi daxili məhsulun (ÜDM) 3,4 faiz artdığını açıqlayıb. Sonradan isə bu göstərici yenidən hesablanaraq 4,3 faizə yüksəldilib.

Tramp iki göstərici arasındakı fərqin ciddi olduğunu bildirərək ilkin məlumatların məqsədli şəkildə təhrif edildiyini iddia edib.

ABŞ Prezidenti seçkilərdən əvvəl düzgün göstəricilərin niyə açıqlanmadığını sorğulayıb və baş verənləri “böyük və qəsdən edilmiş səhv” adlandırıb.

İqtisadi göstəricilərin qəsdən aşağı salınması ilə bağlı iddianı təsdiqləyən konkret sübut isə təqdim edilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026