Zelenskidən Trampın Putinlə bağlı paylaşımına sərt reaksiya: “O, dost ola bilməz”
Tarix: 27-11-2026 | Saat: 19:45
Bölmə:Özəl | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə birgə fotosunu “Mənim dostum” qeydi ilə paylaşmasına kəskin etiraz edib.
Zelenski BBC-yə müsahibəsində Putinin dost kimi təqdim edilməsinin qəbuledilməz olduğunu bildirib.
“Putin təcavüzkar və qatildir. O, XXI əsrə faşizm gətirib. O, dost ola bilməz. Sadəcə ola bilməz”, – deyə Ukrayna lideri vurğulayıb.
Zelenskinin sözlərinə görə, Trampın Putinlə şəxsi münasibətləri ola bilər. Lakin bu cür açıq bəyanatlar müharibədə yaxınlarını itirmiş ukraynalı ailələrə mənəvi ağrı yaşadır.
Ukrayna prezidentinin sərt reaksiyası müharibənin başa çatdırılması istiqamətində aparılan diplomatik danışıqlar fonunda Vaşinqtonla Kiyev arasındakı yanaşma fərqlərini bir daha üzə çıxarıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026