Avropa İttifaqında Ukrayna ilə bağlı fikir ayrılığı – 45 milyard avroluq yardım əngəlləndi
Tarix: 27-11-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Avropa İttifaqının üç üzv dövləti 2027-ci ildə Ukraynaya 45 milyard avro məbləğində əlavə maliyyə yardımının ayrılmasına qarşı çıxıb.
Bu barədə Avropa İttifaqının sammitinin yekunlarına dair mətbuat konfransında Avropa Şurasının prezidenti Antonio Koşta məlumat verib.
Onun sözlərinə görə, Avropa Komissiyasının maliyyələşdirmə təklifini 24 üzv ölkə dəstəkləyib. Lakin Bolqarıstan yardım paketinin yalnız milli azlıqların yaşadığı bölgələrə yönəldiləcək qeyri-hərbi hissəsinə razılıq verib.
Macarıstan, Çexiya və Slovakiya isə əvvəlki mövqelərini dəyişməyərək əlavə maliyyə yardımının ayrılmasına etiraz ediblər.
Üzv dövlətlər arasında razılıq əldə olunmadığından məsələnin həlli dekabr ayına qədər təxirə salınıb.
Ukraynaya əlavə maliyyə dəstəyinin göstərilməsi məsələsi Avropa İttifaqının növbəti sammitində yenidən müzakirəyə çıxarılacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026