Fazil Mustafa: QHT-lər bürokratik problemlərlə üzləşməməlidir
Tarix: 27-11-2026 | Saat: 12:15
Bölmə:Karusel / Parlament | çapa göndər

“Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məsələlərin həllində hər hansı bürokratik problemlərin yaranmayacağına ümid edirik”.
aia.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qanun layihəsi birinci və ikinci oxunuşlarda ətraflı müzakirə olunub, üçüncü oxunuşla bağlı keçirilən komitə iclasında isə əsasən bir məsələ üzrə təklif irəli sürülüb.
Deputatın sözlərinə görə, millət vəkilləri bir aylıq qeydiyyat müddətinin qısa olduğunu nəzərə alaraq onun uzadılmasını təklif ediblər.
F.Mustafa bu məsələdə “Media haqqında” qanunda nəzərdə tutulan 30 günlük müddətin də analogiya kimi götürüldüyünü bildirib.
O vurğulayıb ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan prosedurlar və düzəlişlər həyata keçirildikdən sonra QHT-lərin fəaliyyəti ilə bağlı məsələlər qanunvericilikdə müəyyən edilən müddətdən də əvvəl həllini tapa bilər.
Deputat bu prosesdə qeyri-hökumət təşkilatlarının və millət vəkillərinin bürokratik problemlərlə üzləşməyəcəyinə ümid etdiyini bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026