QHT-lərin fəaliyyətinin dayandırılmasına dair yeni prosedur müəyyənləşir
Tarix: 27-11-2026 | Saat: 12:00
Bölmə:Parlament | çapa göndər

Qanunvericiliyin tələblərinin pozulması hallarında qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına dair yeni prosedur müəyyənləşir.
aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihısində əksini tapıb.
Qüvvədə olan qanuna görə, belə hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Layihəyə əsasən, belə hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə dayandırıla biləcək.
Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti onların dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxtından əvvəl bərpa oluna bilər.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026