Mobil versiya
Bir çoxunun gizlətdiyi təhlükə ilə bağlı ciddi xəbərdarlıq
Tarix: 27-11-2026 | Saat: 23:00
Bölmə:Ölkə | çapa göndər

Bir çoxunun gizlətdiyi təhlükə ilə bağlı ciddi xəbərdarlıq


Məişət zorakılığı hallarına laqeyd yanaşılmamalı, bu cür hadisələrin gizlədilməsinə yol verilməməlidir.

aia.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, məişət zorakılığı insan hüquq və azadlıqlarının pozulmasına, eləcə də insanların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən ciddi problemdir. Zorakılığın qarşısının alınması, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi hər kəsin məsuliyyətidir.

Agentlik vətəndaşları zorakılıq hallarına qarşı laqeyd qalmamağa, belə hadisələrin gizlədilməsinə yol verməməyə, zərərçəkmiş şəxslərin hüquq və ləyaqətinə hörmətlə yanaşmağa, onların müdafiəsinə dəstək göstərməyə çağırıb.

Həmçinin vurğulanıb ki, zorakılıq halları ilə bağlı aidiyyəti dövlət qurumlarına vaxtında məlumat verilməsi vacibdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026