Mobil versiya
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırdı
Tarix: 27-11-2026 | Saat: 23:59
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırdı


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Hindistana 830 min 049,03 ton xam neft ixrac edib.
aia.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 666 milyon 532,13 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 10 ayı ilə müqayisədə 3,31 dəfə, dəyəri isə 5,3 dəfə çoxdur.

Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,51 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 161 milyon 967,27 min ABŞ dolları olan 18 milyon 392 min 916,04 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026