Mobil versiya
İran səfiri Küveyt XİN-ə çağırıldı
Tarix: 27-11-2026 | Saat: 23:17
Bölmə:Dünya | çapa göndər

İran səfiri Küveyt XİN-ə çağırıldı


Küveyt Xarici İşlər Nazirliyi (XİN) iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən pilotsuz uçuş aparatları ilə hücumdan sonra İranın səfiri Məhəmməd Totoncini çağırıb və ona etiraz notası təqdim edib.
aia.az xəbər verir ki, bu barədə "Al-Arabia" məlumat yayıb.

Qeyd edək ki, zərbə noyabrın 26-da ölkənin kritik infrastruktur obyektlərindən birinə endirilib. Küveyt hakimiyyətinin məlumatına görə, Küveyt və Pakistan vətəndaşları da xəsarət alıb.

Küveytin xarici işlər nazirinin müavini Həməd əl-Məşaan hücuma görə məsuliyyəti İranın üzərinə qoyub. İranın xarici işlər naziri Abbas Əraqçi isə öz növbəsində ittihamları rədd edib və Tehranın hücumun təfərrüatlarını aydınlaşdırmaq üçün Küveyt və İtaliya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026