“Ermənistanda bu yanaşmanın tərəfdarları günü-gündən artır” – deputatdan maraqlı açıqlamalar
Tarix: 28-11-2026 | Saat: 13:39
Bölmə:Ölkə | çapa göndər

Ermənistan liderinin indi dediyini Azərbaycan 2020-ci ildə 44 günlük müharibədən sonra demişdi. Baxmayaraq ki, ölkəmiz qalib ölkə idi, amma Azərbaycan Ermənistana normal qonşuluq münasibətləri və ərazi bütövlüyünə hörmətlə yanaşılması, sülh müqaviləsi imzalanması təklif etmişdi.
Deputat Aydın Mirzəzadə bunu Musavat.com-a, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edərkən söyləyib. Qeyd edək ki, Paşinyan hökumətin Zəngəzur dəhlizi – TRİPP marşrutu ilə bağlı diqqətçəkən etiraflar edib. Bildirib ki, TRIPP Ermənistanın müstəqilliyi dövründən bəri ən böyük layihədir və biz onun icrasının növbəti mühüm mərhələsinə keçirik. Dəhlizdə tikinti işlərinə start verilməsi barədə danışan N.Paşinyanın sözlərinə görə, müqavilə bağlanacaq “TRIPP İnkişaf Şirkəti” bir həftə ərzində qeydiyyatdan keçəcək və layihəni praktiki olaraq həyata keçirə biləcək. Baş nazir xatırladıb ki, 23 noyabrda layihənin icrası üzrə hazırlıq işlərinə başlanılıb: dəmir yolu sahəsində ərazinin təmizlənməsi işləri aparılıb, tikinti meydançalarının formalaşdırılması üçün hazırlıq işləri görülür, avtomobil yollarının, dəmir yollarının və elektrik verilişi xətlərinin layihələndirilməsi həyata keçirilir. “Şirkət qeydiyyatdan keçdikdən sonra layihənin icrasını bizim çatdığımız nöqtədən davam etdirəcək”, - deyə Paşinyan qeyd edib.
Deputat Aydin Mirzəzadə xatırladıb ki, hələ illər öncə Azərbaycan əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında kommunikasiyanın qurulması məsələsi müzakirə edilməsini təklif etmişdi: “O dövrdə Ermənistan bu məsələlərin müzakirəsindən yayınırda. Amma zaman Azərbaycanın, şəxsən cənab prezidentimizin təkliflərinin, o cümlədən Ermənistanın da maraqlarına cavab verdiyini göstərdi. Ermənistan özü-özünü saldığı blokadadan çıxartmalıdır. Ermənistan Azərbaycan və Türkiyənin imkanlarından yararlanmaq üçün ilk növbədə beynəlxalq hüquq normalarına uyğun olaraq qonşuları ilə normal münasibətlər qurmalıdır. Azərbaycanın Zəngəzur dəhlizi adlandırdığı, ötən il isə Amerika Birləşmiş Ştatlarında sülh müqaviləsinin paraflanmasından sonra ABŞ-nin həmin bölgəyə maraq göstərməsi artıq təklifin real şəkildə həyata keçirilməsi üçün imkanlar yarandığını göstərdi”. Milli Məclisin üzvü Azərbaycanın bu layihəyəyə 2020-ci ildən başladığını xatırladıb: “Azərbaycanın əsas hissəsində və Naxçıvan Muxtar Respublikası tərəfdə gələcək Tramp marşrutu üçün bütün işlər görülüb və sona çatmaq üzrədir. Ermənistanda isə dəhlizin cəmi 42 kilometrlik hissəsi var. Onun texniki tərəfinin öyrənilməsi, layihənin hazırlanması, həyata keçirilməsi prinsipcə, böyük bir maliyyə dəstəyi ilə və texniki imkanlarla yanaşılarsa, elə də çox çəkməz. Ermənistan axır ki, bu məsələdə konkretlik göstərdi. Zəngəzur dəhlizində işi həyata keçirəcək Amerika şirkəti ilə müqavilə bağlamağa hazır olduğunu bildirdi. Amerikanlar isə praqmatik, praktik adamlardır və hesab edirəm ki, onlar qısa zamanda bunu layihələndirərlər, sonra isə artıq real həyata keçirə bilərlər. Burada əlbəttə ki, həmin o yolların Azərbaycanla uzlaşdırılması məsələsi də var. Azərbaycan bu məsələlərin texniki və hüquqi tərəfini müzakirə etməyə hazırdır”.
N.Paşinyanın yalnız dəmir yolundan deyil, dəhlizdən keçəcək avtomobil yolları, elektrik xətlərindən də bəhs etməsi prosesin Azərbaycanın nəzərdə tutduğu şəkildə davam etdiyini bird aha təsdiqləyir, əslində əksini də gözləmirdik. Çünki bu proseslərdə söz sahibi Azərbaycandır. Həmçinin dəhlizdən paralel qaydada qaz kəmərinin də keçəcəyi istisna deyil. Xatırlatmaq yerinə düşər ki, XİN başçısı Ararat Mirzoyan ötən aylarda TRİPP marşrutunda işlərin 2027-ci ilin yazında başlanacağını iddia etmişdi. Həmçinin o sözügedən marşrutdan dəmir yolunun və elektrik xətlərinin çəkiləcəyini bildirmişdi, avtomobil yolundan ümumiyyətlə, danışmamışdı, digər razılaşmaların isə Ermənistanın digər ərazilərindən gerçəkləşdirilə biləcəyini iddia etmişdi. N.Paşinyan isə tamamilə fərqli və Azərbaycan Prezidenti ilə 2025-ci ilin 8 avqustunda əldə olunmuş və 12 noyabr 2026-cı ilə Dublin şəhərində bir daha təsdiqlənmiş razılaşmalara uyğun şəkildə mövqe sərgiləyib. Beləliklə, növbəti dəfə Azərbaycanın dedikləri oldu və rəsmi İrəvan normal mövqe sərgiləməyə başladı.
A.Mirzəzadə vurğulayıb ki, Ermənistan ilk əvvəllər ancaq dəmir yolunun çəkilməsinə razılığını bildirirdisə, indi fərqli yanaşma sərgiləyir: “Məlum oldu ki, TRİPP marşrutundan təmir yolu ilə yanaşı, avtomobil yolunun, elektrik, internet xətlərinin, digər kommunikasiyaların keçməsi də Ermənistanın maraqlarına cavab verir. Bu məsələdə Azərbaycan Ermənistanla əməkdaşlıq etməyə hazırdır. Nəzərdə tutulan işlərin həyata keçirilməsi ilk növbədə Ermənistan üçün on minlərlə iş yeridir, yüz milyonlarla dollar büdcəyə gəlirin gəlməsidir, Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsidir, özü-özünü saldığı blokadadan çıxarılması deməkdir. Görünən bundan ibarətdir ki, artıq Ermənistanda bu yanaşmanın tərəfdarları günü-gündən artır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-11-2026
16:48 Vilyam Hacıyev danışdı -