Mobil versiya
İran nüvə mərkəzləri yaxınlığında nəhəng yeraltı obyekt tikir: peyk görüntüləri sürətli inşaatı üzə çıxardı
Tarix: 28-11-2026 | Saat: 15:00
Bölmə:Dünya | çapa göndər

İran nüvə mərkəzləri yaxınlığında nəhəng yeraltı obyekt tikir: peyk görüntüləri sürətli inşaatı üzə çıxardı


İran İsfahan və Natanzdakı nüvə mərkəzləri yaxınlığında yeni yeraltı obyekt inşa edir.

aia.az xəbər verir ki, bu barədə noyabrın 24-nə aid peyk görüntülərini təhlil edən ABŞ Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (ISIS) araşdırmasında məlumat verilir. Ekspertlərin qiymətləndirməsinə görə, tikinti başa çatdıqdan sonra Behcətabad yaxınlığındakı obyektin sahəsi təxminən 49 kvadrat kilometr təşkil edəcək, lakin onun dəqiq təyinatı hələlik məlum deyil. Analitiklər qurğunun İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni raket bazasına çevrilə biləcəyini ehtimal edirlər, eyni zamanda onun İranın nüvə proqramı ilə əlaqəsini də istisna etmirlər. Ekspertlərin xüsusi diqqətini inşaat işlərinin yüksək sürəti cəlb edib.

Qeyd edək ki, İsfahan nüvə obyekti ilə Natanz yaxınlığındakı Pikhaz dağı arasında, təxminən 62 kilometrlik məsafədə yerləşən bu dağ kompleksi üzrə ilk işarələr 2025-ci ilin dekabrında qeydə alınıb, 2026-cı ilin yanvar və aprel aylarında yol və qazıntı işləri genişlənib, iyunda isə ikinci tunelin əlamətləri müşahidə olunub. Görüntülərdə bir neçə nəzarət məntəqəsi, perimetr hasarı, ən azı dörd aktiv tunel girişi və partlayıcı maddələrin saxlanması üçün nəzərdə tutulmuş sahə görünür. Regionda hərbi-siyasi gərginliyin artdığı və strateji obyektlərin təhlükəsizliyinin gücləndirildiyi bir vaxtda dərin yeraltı infrastrukturun sürətlə genişləndirilməsi beynəlxalq müşahidəçilər və təhlükəsizlik qurumları tərəfindən diqqətlə izlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2026