Mobil versiya
Müqəddəs zirvə sahibi...
Tarix: 07-12-2023 | Saat: 17:21
Bölmə:Özəl | çapa göndər

Müqəddəs zirvə sahibi...

Azərbaycanın Milli Qəhrəmanı Şahlar Hüseynovun anadan olmasının 55-ci ili tamam oldu. Bu, Vətən sevdalısının ömür yolu qısa olsa da, öz xalqı üçün örnək olacaq bir tarix yazıb gedibdir. Odur ki, qəhrəmanlığı dillərdə dastana dönən Şahlar Hüseynov cismən aramızdan getsə də, milyonların qəlbində yaşayır, hər an xatırlanır.
Bu günlər Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Şahlar Hüseynovun anadan olmasının 55-ci doğum günü münasibətilə “Vətən uğrunda şəhid olanlar unudulmayacaq” adlı tədbir baş tutdu.
Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirin giriş sözündə kitabxananın əməkdaşı Günay Xəlilova bildirdi ki, xalqımızın qəhrəman oğlu Şahlar Hüseynov 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonu, Hankavan kəndində dünyaya göz açıb. O, orta təhsilini başa vurduqdan sonra 1986-1988-ci illərdə Moskvada ordu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vuran Şahlar Hüseynov Gəncə şəhəri 27 saylı texniki-peşə məktəbini bitirərək Alüminium zavodunda çilingər işləməyə başlayıb.
Şahlar Hüseynovun döyüş yolundan isə kitabxananın digər əməkdaşı Gülər Piriyeva məruzə etdi:” Şahlar Hüseynov erməni qəsbkarlarının 1992-ci il 25-26 fevral Xocalıda qanlı hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olub. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. Bir çox döyüşlərdə iştirak edən Şahlar Hüseynov Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşaraq düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv edib. 10 aprel 1992-ci ildə Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarları ilə döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.”

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə