Mobil versiya
Gədəbəy rayonunda Ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilir -Fotolar
Tarix: 07-12-2023 | Saat: 17:40
Bölmə:Özəl | çapa göndər

Gədəbəy rayonunda Ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilir

aia.az xəbər verir ki, 07 dekabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tərəfindən yerlərdə partiya fəalları ilə görüşlərin keçirilməsi üçün tərtib edilmiş qrafikə uyğun olaraq görüş keçirilmişdir. Novosaratovka kənd və Qaraməmmədli kənd ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev, ərazi partiya təşkilatının fəalları, gəncləri iştirak etmişdirlər.
İlk öncə YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev görüş iştirakçılarını salamlayaraq, görüşün keçirilmə məqsədi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Zaur Mehdiyev YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışıb.Azərbaycan Respublikasının Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı kimi məsələlərlə bağlı maarifləndirici söhbətlər aparılmışdır.
Sonra Novosaratovka və Qaraməmmədli ərazi partiya təşkilatının üzvləri Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini, YAP ətrafında sıx birləşib bundan sonra da dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərini, Azərbaycanın gələcək inkişafında partiya üzvləri kimi daha da fəal olacaqlarını bildirdilər.
Görüşün sonunda tədbir iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2024