Mobil versiya
Gənc ölkəmizin həyatında yeni bir mərhələ - YAP
Tarix: 02-03-2024 | Saat: 10:09
Bölmə:Özəl | çapa göndər

Gənc ölkəmizin həyatında yeni bir mərhələ - YAP

Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq
daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən
ictimai-siyasi proseslər ölkə daxilində gərginliyi daha da artırmışdı. Həmin vaxt
respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi, qorxaqlığı,
siyasi bacarığının olmaması, hələ də sovet rejimindən ayrıla bilməməsi, müstəqil
dövləti idarə etməkdə təcrübəsizliyi vəziyyəti getdikcə ağırlaşdırır, ölkəni
parçalanmaq həddinə çatdırırdı. 1990-cı illərin əvvəllərindəki gənc müstəqil
Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var –
ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi
qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın
olmaması.
Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə
Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman
ölkənin güclü bir liderə ehtiyacı yarandı. Xalq başa düşürdü ki, onu bu çətin və
ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir
rəhbər çıxara bilər.
AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş
vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını
tarixi zərurətə çevirmişdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin
sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis
konfransı ilə Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında
yeni bir mərhələyə yol açdı. 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq
əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan
çıxma prosesi artıq başladı. 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər
olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur. 2003-cü ildə xalq Heydər Əliyev
siyasətinə səs vermiş, Prezident İlham Əliyevə etimad göstərmişdir. Azərbaycan
son 17 il ərzində Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq
istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm tarixi uğurlara imza
atmışdır. 2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq
dövrü olmuşdur. Bu illər ərzində beynəlxalq təşkilatlarda fəal iş aparılaraq İkinci
Qarabağ müharibəsi üçün hüquqi baza daha da möhkəmləndirilmiş, AŞPA, İƏT,
Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO,
BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı
sənədlər qəbul etmişlər. Uğurlu xarici siyasətin nəticəsində 30 illik əsarət altında
qalan əzəli torpaqlarımız düşməndən geri alınaraq Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir.

Leyla İsmayılzadə
Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2024