Moskva ilə Pxenyan arasında fikir ayrılığı – Hərbi yardım məhdudlaşdırıla bilər
Tarix: 26-11-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Rusiya ilə Şimali Koreya arasında münasibətlərin gərginləşdiyi və Pxenyanın Moskvaya hərbi dəstəyini müvəqqəti məhdudlaşdırdığı iddia olunur.
Bu barədə “RBK-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, fikir ayrılıqları Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Şimali və Cənubi Koreya arasında gərginliyin azaldılmasına kömək etməyə hazır olduqları barədə açıqlamasından sonra yaranıb.
Şimali Koreyanın xarici işlər naziri Çve Son Xi Moskvanın bu mövqeyini müttəfiqlik münasibətlərinə uyğun olmayan addım kimi qiymətləndirərək izahat tələb edib.
Ukrayna kəşfiyyatının iddiasına görə, Kim Çen In Rusiyaya hərbi yardımı müvəqqəti məhdudlaşdırmaq barədə göstəriş verib.
Pxenyanın Rusiyadakı hərbi kontingentinin sayının 8,5 mindən 50 min nəfərə çatdırılması ilə bağlı Moskvanın müraciətinə də müsbət cavab verməyə tələsmədiyi bildirilir.
Bununla belə, hazırda Rusiya ərazisində olan Şimali Koreya hərbçiləri öz tapşırıqlarını yerinə yetirməkdə davam edirlər.
Ukrayna kəşfiyyatı hərbi əməkdaşlığa mane olan digər amillər sırasında logistika problemlərini, dil baryerini, komandanlıqla bağlı narazılıqları və Şimali Koreya hərbçilərinin Kursk vilayətində verdiyi itkiləri göstərib.
Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə yayılan iddialar hələlik müstəqil şəkildə təsdiqlənməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər