Mobil versiya
Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldı
Tarix: 04-03-2024 | Saat: 12:16
Bölmə:Ölkə / Karusel | çapa göndər

Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

DSX-dan aia.az-a verilən məlumata görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə