Mobil versiya
“Həzi Aslanov” stansiyasındakı “bulaq”ın mənbəyi haradandır?
Tarix: 22-04-2024 | Saat: 17:13
Bölmə:Özəl | çapa göndər

“Həzi Aslanov” stansiyasındakı “bulaq”ın mənbəyi haradandır?

Bu gün “Bakı Metropoliteni”nin “Həzi Aslanov” stansiyasında qatar xətlərinin üzərinə su axması ilə bağlı görüntülər yayılıb. Görüntülərdə stansiyanın tavanından suyun sızaraq relslərin üzərinə və ətrafına axdığı bəlli olur.
Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə müraciət edənlərə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, “Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib.
Çox maraqlı və müəmmalı cavabdır. Ona görə ki, metrodan istifadə edənlər bilir ki, “Həzi Aslanov” stansiyası yer səthinə yaxın yerləşir və stansiyaların demək olar ki hamısında xidməti otaqlar çıxış hissənin sağ və solunda yerləşir. Videodan da görünür ki, su stansiyanın tən ortasından damcılayır və yerin üstündə, həm də o hissədə xidməti otaq olması nəinki ağlabatan deyil, ümumiyyətlə mümkün deyildir. Çünki həmin hissə magistral yolun altıdır. Bəxtiyar Məmmədovun dediyi kimi olsa gərək onda su aşağıdan yuxarı axaydı, yaxud da yan tərəflərdən sızaraq qatar yoluna daxil olaydı.



Metronun üstündə, yolun hər iki tərəfində ticarət obyektlərinin olduğunu bilməyən yoxdur. Belə olduğu təqdirdə suyun həmin obyektlərdən sızmasını düşünmək olar. Hadisənin vaxtilə metro ərazisində qeyri-qanuni olaraq obyektlərin tikintisinə icazə verilməsinin fəsadı kimi də düşünmək olar. Bu barədə araşdırmalarımızı davam etdiririk. Yəqin ki, metro rəhbərliyi də daha ağlabatan cavab verəcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-06-2024