Mobil versiya
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” -Fotolar
Tarix: 14-06-2024 | Saat: 14:20
Bölmə:Təhsil | çapa göndər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyində "Son zəng" tədbiri keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov məzunları və onların valideynlərini təbrik edib. Prorektor liseyə qəbul faizi, şagirdlərin nailiyyətlərindən söz açıb. O, liseyin məzunlarının yüksək nəticələr göstərərək ölkəmizin adını daim yüksəldəcəklərinə əminliyini bildirib.

Liseyin direktoru Arif Bağırov da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Direktor bildirib ki, bu il liseyi 46 məzun bitirir. Onlardan 6-sı medala, 12-si isə fərqlənmə attestatına namizəddir. Həmçinin bu il "Sabahın alimləri" müsabiqəsində liseyin şagirdlərinin bir layihəsi II, üç layihəsi III yerə layiq görülüb. Liseyin şagirdləri Beynəlxalq “Kenquru” Riyaziyyat, Lütfi-Zadə adına məntiq, Respublika fənn olimpiadalarında, Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası Müsabiqəsində (SIMOC) önəmli yerlər tutublar.

Sinif rəhbərləri Rəna Həsənova, Zəhra Qasımova və Yaqut Hüseynova, məzunların valideynləri adından Fikrət Əliyev və Ülviyyə Zamanova çıxışlarında məzunlara tezliklə tələbə adı qazanmağı və uğurları ilə ölkəmizin adını hər zaman ucaltmağı arzu ediblər.

Sonra rəmzi məna daşıyan “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə verilib.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2024