Bəhruz Məhərrəmovun seçicilərlə görüşləri davam edir -Fotolar
Tarix: 15-08-2024 | Saat: 15:32
Bölmə:Parlament | çapa göndər
VII çağırış Milli Məclisə seçkilərdə namizədliyi 69 saylı Biləsuvar seçki dairəsi tərəfindən qeydə alınmış Bəhruz Məhərrəmov seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizədin növbəti görüşü Biləsuvarın Əsgərabad kəndində baş tutmuşdur. Bəhruz Məhərrəmov sakinlərlə görüşdən öncə vəkillərinin və səlahiyyətli nümayəndəsinin də daxil olduğu seçki-təşviqat komandasının üzvləri ilə birgə Biləsuvarın və bütövlükdə bölgənin ən tanınan və inanılmış seyidlərindən, el ağsaqqallarından Mirsultan Ağanın ocağını ziyarət etmişdir. Qeyd edək ki, bu ocaq, ötən əsrin 90-cı illərinin əvvəllərində, antimilli ünsürlərin hakimiyyəti zəbt etdiyi ən çətin günlərdə Ulu Öndərin cənub regionunda ən etibarlı dayaqlarından biri olmuşdur. Bu gün də ocağın qoruyucuları həmin əqidəyə sədaqətlə bağlıdırlar.
aia.az xəbər verir ki, Bəhruz Məhərrəmovu növbəti görüşü Əsgərabad kəndində olub
Görüşdə ictimaiyyətinin nümayəndələri, eləcədə şəhid ailələrinin üzvləri, müharibə qaziləri və veteranları iştirak ediblər. Açıq havada, səmimi söhbət əsnasında keçirilən görüşdə Bəhruz Məhərrəmov seçicilərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Sakinlər namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar. Sonra kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Bəhruz Məhərrəmov bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Deputatlığa namizəd sonda seçicilərinə yekdil dəstəyə və xoş münasibətə görə təşəkkürünü bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-10-2024
05-10-2024
04-10-2024