Mobil versiya
Selena Gomez pis xəbəri açıqladı! İstəsə belə...
Tarix: 10-09-2024 | Saat: 17:19
Bölmə:Özəl | çapa göndər

Selena Gomez pis xəbəri açıqladı! İstəsə belə...

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomezdən pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Qomez uşaq sahibi ola bilməyəcəyini açıqlayıb.
Məşhur müğənni uzun müddətdən sonra yeni sevgiyə rastlaşıb. Qomez yeni sevgilisi Benni Blanko ilə münasibəti barədə "Özümü heç vaxt bu qədər təhlükəsiz hiss etməmişdim və bu, çox gözəl hissdir" deyib.

Sosial şəbəkələrdəki paylaşımları ilə tez-tez adından söz etdirən 32 yaşlı müğənni Vanity Fair jurnalına verdiyi müsahibədə uşaq sahibi ola bilməyəcəyini açıqlayıb. Qomez, "Daha əvvəl bunu heç vaxt deməmişəm, amma təəssüf ki, öz övladlarımı daşımağım mümkün deyil. Həyatımı və körpəmi təhlükəyə atacaq bir çox səhhətim problemim var" deyib.
Məşhur müğənninin böyrəyindən biri lupus xəstəliyinə görə sıradan çıxıb. Qomez 2017-ci ildə rəfiqəsi Fransia Raisa tərəfindən böyrək köçürüldükdən sonra yenidən həyata qaytarılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2024