Mobil versiya
Qubada xırdabuynuzlu heyvanlar tələf olur
Tarix: 04-10-2024 | Saat: 16:13
Bölmə:Ölkə | çapa göndər

Qubada xırdabuynuzlu heyvanlar tələf olur

Quba rayonunda xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfat qeydə alınıb.

aia.az xəbər verir ki, hadisə Quba rayonunun Vəlvələ kəndində yaşayan vətəndaşlara məxsus beş təsərrüfatda baş verib.

Kənddəki təsərrüfat sahibləri bildiriblər ki, heyvanlar hər gün eyni qaydada otlaq sahələrində otarılır, axşam isə tövləyə salınır. Oktyabrın 3-4-də ümumilikdə 30-dan çox xırdabuynuzlu heyvanın tələf olduğu qeydə alınıb. Həmçinin çox sayda qoyunların da halsız vəziyyətdə olduğu müşahidə edilib.

Yerli sakinlər məsələ ilə bağlı Quba rayon Baytarlıq İdarəsinə müraciət etdiklərini, lakin əraziyə hələ də baxış keçirilmədiyini bildiriblər.

Heyvanların kütləvi tələfatı ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən Quba rayonu Vəlvələ kənd Bələdiyyəsinin sədri Saatmirzə Məmmədov faktı təsdiqləyib:

“Kəndin qoyun sürüsü növbəli şəkildə yerli sakinlər tərəfindən otlaq sahələrində otarılır. Kənddə indiyə qədər heç vaxt belə hadisə olmayıb. Bu vəziyyət bizi də narahat edir. Heyvanları tələf olan şəxslərlə birgə qoyunların otladıqları əraziyə baxış keçirdik. Müəyyən olundu ki, otlaq ərazisinin yaxınlığına çürümüş buğda qalıqları tökülüb. İlkin ehtimala görə, heyvanlar həmin çürümüş buğdadan yeyərək zəhərləniblər. Artıq o ərazi təmizlənib”.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024