Mobil versiya
Dörd ildə 632 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Tarix: 15-10-2024 | Saat: 17:24
Bölmə:Ölkə | çapa göndər

Dörd ildə 632 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı vaxtdan ötən 4 ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

aia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 274-ü qız, 358-i oğlandır.

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindəki uşaqların ailələrinə qayıdışı üçün reinteqrasiya tədbirlərinə xüsusi önəm verir. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Qeyd olunan dövrdə 500-dən çox uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024