Afrikada arıqlamış Surovikinin fotosu ortaya çıxıb
Tarix: 12-05-2025 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər

İkinci Dünya Müharibəsi zamanı Afrikada həlak olan Əlcəzairlilərin xatirəsini ehtiramla yad edən Rusiya Qəhrəmanı Ordunun generalı Sergey Surovikinin fotosu ortaya çıxıb. Arıqlayan keçmiş komandirin xüsusi əməliyyat zonasında çəkildiyi fotonu “Militarist” Telegram kanalı yayıb.
Təqdim olunan kadrda Surovikin nümayəndə heyətinin tərkibində gül dəstələri qoymaq üçün abidəyə doğru irəliləyirdi. Generalın görüntüləndiyi tədbir Qələbə Gününə təsadüf edib.
Nəşr general-leytenant Viktor Sobolevə istinadən məlum olub ki, Surovikinin Afrikada hərbi məsləhətçi işləyir.
Bundan əvvəl müharibə müxbiri Yuri Kotenok ordu generalı Surovikinin cəbhəyə qayıtmasına çağırıb.
Jurnalistin fikrincə, Surovikin yüksək səviyyəli mütəxəssis olaraq qalır, onun bacarıqlarına laqeyd yanaşmaq olmaz. Ukraynadakı xüsusi əməliyyat zonasındakı Rusiya qoşunlarının birləşmiş qrupunun keçmiş komandiri Sergey Surovikin 2023-cü il iyunun 24-dən sonra “Vaqner” özəl hərbi şirkətinin üsyançı döyüşçülərini dayanmağa çağırdığı video görünəndən sonra ictimaiyyətin gözündən itib.
Daha sonra o, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin tərkibində Əlcəzairdə görülüb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2025