Mobil versiya
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ
Tarix: 13-05-2025 | Saat: 09:16
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını PKK-nın ləğvi münasibətilə təbrik edib

aia.az xəbər verir ki, bununla bağlı müvafiq təbrik yazısı Azərbaycan Prezidentinin sosial şəbəkədəki səhifəsində dərc olunub.

"Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram", - deyə paylaşımda bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025