Mobil versiya
Azərbaycan iqtisadiyyatı böyüyüb
Tarix: 13-05-2025 | Saat: 12:29
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan iqtisadiyyatı böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

aia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,3 % artıb.

ÜDM istehsalının 37,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.

4 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 3 842 manat olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025