Mobil versiya
Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE
Tarix: 13-05-2025 | Saat: 17:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? -

Xəbər verdiyimiz kimi, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bəs Azərbaycanın yeni Hərbi prokuroru kimdir?

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Hüquq-mühafizə və hərbi sahədə uzun illər səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun peşəkar və təcrübəli kadrlarından biri kimi tanınır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış Bəhruz Əhmədov bir sıra məsul vəzifələrdə çalışıb, o cümlədən, 2018-ci ilin noyabrında Qazax rayonunun Hərbi prokuroru və 2020-ci il iyulun 9-da isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Yeni Hərbi Prokuror, həmçinin, 2021-ci ildə "Vətən uğrunda" medalı ilə də təltif edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025