Elgünün dostları və qohumları da dindirilib - RƏSMİ AÇIQLAMA
Tarix: 20-05-2025 | Saat: 14:14
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bir neçə gün əvvəl Gəncə şəhərində 11-ci sinif şagirdi Elgün İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. O, xəstəxanaya aparılsa da, bir gün sonra tibb müəssisəsində vəfat edib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında bildirilir ki, cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilən ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
aia.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev məsələ ilə bağlı bildirib ki, ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxşılar keçirilib, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib.
"Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyatı üzrə göndərilib. Bundan başqa hadisə yerinə yaxın intervalda yerləşən ictimai-iaşə obyektlərində quraşdırılmış müşahidə kameralırndan müəyyən görüntülər götürülüb. Eyni zamanda təhlükəsizlik kameralarından müəyyən görüntülər götürülüb. Həmin görüntülərə də baxış keçirilib. Bundan başqa mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib", - o, İTV-yə açıqlamasında belə qeyd edib.
Sabir Musayevin sözlərinə görə, iş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək, onların da dindirilməsi təmin edilib:
"Eyni zamanda hadisə barədə əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində də əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğular verilib".
Qurum rəsmisi cəmiyyətə çağırış da edib: “Biz buradan da açıq çağırış edirik, kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri, sübutları təqdim edə bilər. Bunda narahatlıq doğuran bir məsələ yoxdur. Əsas narahatlıq doğuran məsələ dəqiqləşdirilməmiş məlumatların yayılmasıdır”.
Xatırladaq ki, 18 yaşlı gənc Gəncə şəhərində yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər