Yeni Azərbaycan Partiyasının nümayəndələri Şimali Kipr Türk Cümhuriyyətində səfərdədirlər -Fotolar
Tarix: 20-05-2025 | Saat: 15:26
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyası arasında 2023-cü ilin noyabrın 14-də imzalanmış üçtərəfli Anlaşma Memorandumundan irəli gələrək gənclər arasında təmasların artırılması, birgə fəaliyyət və təcrübə mübadiləsinin təşviqi məqsədilə “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinə start verilib.
İlk olaraq Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan düşərgəyə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.
Mayın 18-də hər üç partiyanı təmsil edən gənclər Bellamais monastrı, Girne antik limanı, Girne qalası və Osmanlı Baldöken məzarlığını ziyarət ediblər.
Mayın 19-da Karaoğlanoğlu və Muratağa-Sandallar şəhidlikləri ziyarət olunub, 1974-cü ildə həyata keçirilən "Barış" hərəkatında canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Həmin gün gənc partiya nümayəndələri Kipr Sülh Əməliyyatından sonra Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən hərbi zona elan edilən Maraş bölgəsini də ziyarət edib, “19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə keçirilən təntənəli yürüşə qatılıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər