Mobil versiya
Liderlərin Laçından ötürdüyü mesajlar - ŞƏRH
Tarix: 29-05-2025 | Saat: 17:15
Bölmə:Siyasət | çapa göndər

Liderlərin Laçından ötürdüyü mesajlar

"28 May Müstəqillik Günündə Laçında yeni tarix yazıldı. Bu yeni tarix Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının keçirdiyi Zirvə görüşü ilə zirvələrə yüksəldi. Biz qardaş və dost ölkələrik. Bizim qardaşlığımız və dostluğumuz böyük tarixə söykənib və sınaqlardan çıxmışdır. 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistan Ermənistanı müstəqil bir dövlət kimi bu gün də tanımır".

Bunu mətbata açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, İlham Əliyevin çıxışında qeyd etdiyi AXC-nin sovetlərin tərkibinə daxil olandan sonra Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsini vurğulanması reallıqların qarşı tərəfə və onun havadarlarına çatdırılması baxımından vacib mesaj idi:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Türkiyə və Pakistanın bundan sonra “üç dövlət – bir millət” olduğunu qeyd etməsi və dahi şair Səməd Vurğunun “Azərbaycan” şeirinin oxunmasının arxasında böyük mənalar dayanırdı və bu, bizə əyri gözlə baxan dairələrə göstərilən növbəti yumruq oldu".

Deputat bildirib ki, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin “Azərbaycan, Türkiyə və Pakistan bir ürəyin üç ruhudur” deməsinin arxasında da böyük fəlsəfə var:

"Çünki 28 May ölkəmizin Müstəqillik Günü olduğu kimi, Pakistanın da nüvə dövləti olduğunu elan etdiyi gündür. Bu məsələni Pakistan Baş nazirinin xüsusilə vurğulaması birliyimizin artıq vahid bir güc – nüvə gücü olduğuna bir işarədir.

Bu gün yeni dünya nizamı formalaşır. Belə dəyişkən dünyada Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni bir reallıq yaratdı və bu, yumruğumuzun çox möhkəm olduğunu nümayiş etdirməklə düşmənlərə çox ciddi bir siqnal oldu".

Cavidan Mirzəzadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-05-2025