Laçında yüksələn səslər – qardaşlığın zirvəsi və yeni dünyanın gələcək manifesti
Tarix: 29-05-2025 | Saat: 23:08
Bölmə:Siyasət | çapa göndər

Laçın – əsrlər boyu öz sinəsində qəhrəmanlıq dastanları, torpaq uğrunda can vermiş igidlərin səssiz dualarını saxlayan bu müqəddəs diyar – bu dəfə daha fərqli bir tarixə şahidlik etdi. 2025-ci ilin Müstəqillik Günündə, illərlə düşmən tapdağı altında qalmış Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəlməsi, təkcə üç dövlətin deyil, bütün Türk-İslam dünyasının qürur gününə çevrildi. Bu isə o deməkdir ki, tarix və Zəfər birləşəndə sabaha uzanan yollar daha aydın, daha işıqlı və uğur dolu olur. Cənab Prezident İlham Əliyev qürurla qeyd etdi ki, “Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var.” Bu sözlər yalnız protokol nitqi deyil, milli yaddaşın, azadlığın və qardaşlığın dağlarda əks-səda tapan təntənəsidir. Eyni zamanda strateji tərəfdaşlıqdan mənəvi birliyə dayanıqlı özüllər üstündə qurulan münasibətlərin uzunömürlü olacağının mesajıdır. Üç ölkə – Azərbaycan, Türkiyə və Pakistan – eyni soydan gəlməsə də, eyni ruhu paylaşır. Azadlıq ruhunu, ədalətə sədaqəti və milli suverenliyə qəti iradəni dünyaya çatdırır. Cənab Prezident İlham Əliyevin bu fikri həm tarixi, həm də strateji birlik ruhunu əks etdirir: “Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.” Onu da deyim ki, 2025-ci ilin Laçın şəhərində keçirilən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü, təkcə diplomatik tədbir deyil, həm də qlobal geosiyasi mənzərədə yeni güc mərkəzinin möhkəmləndiyini nümayiş etdirən tarixi hadisədir. Üç ölkə arasında əməkdaşlığın əsasını yalnız siyasi maraqlar deyil, ortaq tarix, mədəniyyət və dəyərlər təşkil edir. Prezident Əliyev çıxışında bu bağlılığı belə ifadə edir. Bu dərin əlaqələr, regional münaqişələrə münasibətdə də ortaq mövqelərin formalaşmasına səbəb olur. Bu Zirvə sadəcə siyasi sənədlərin imzalanması deyil, dostluğun and yeridir. Qarabağda qalibiyyət qazandığımız kimi, birlikdə yeni geosiyasi cəbhələrdə də qalib gəlməyə hazırıq. Bu Zirvə görüşü həm də üçlük alyans – yeni güc mərkəzi kimi də tarixi dəyərlərə sahib olacaq. Zaman göstərir ki, dünya təkqütblü deyil. Güc balansı dəyişir. Və bu dəyişiklikdə səsi daha çox eşidilən, çəkisi artan regional güclər önə çıxır. Azərbaycan, Türkiyə və Pakistan artıq sadəcə regional yox, qlobal güc mərkəzləri kimi bir araya gəlir. Bu reallığı cənab Prezident İlham Əliyev qətiyyətlə ifadə etdi. Dövlətimizin başçısı dedi ki, “Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.” Laçında ucalan bu birlik səsi, Avrasiya məkanında yeni geosiyasi xəritənin cızıldığını xəbər verir. Beynəlxalq platformalarda möhkəmlənən birliyimiz BMT, İƏT, D-8 – bu təşkilatlar bir zamanlar formal platformalar idi. Amma artıq Azərbaycan-Türkiyə-Pakistan üçlüyü bu tribunaları əməli həmrəylik meydanına çevirir. Cənab Prezident İlham Əliyevin diplomatik mesajı isə çox güclü idi: “Beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır.” Ifadəsi cəsarətin və dəqiq siyasətin ifadəsi idi. Bu güc artq təkcə bölgəni deyil, bütün İslam aləmini əhatə edə biləcək bir potensiala çevrilir. Son olaraq deyim ki, indi səslər Laçından yüksəlir. Laçından yüksələn bu səslər sülhün, ədalətin və bərabərliyin çağırışıdır. Bu səslər təkcə zirvə iştirakçılarına deyil, bütün bəşəriyyətə mesajdır: “Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq.”
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-05-2025