Mobil versiya
Sumqayıt Tibb Mərkəzindən şəkərli diabet xəstələri üçün dərman təminatında yeni qaydalar
Tarix: 30-05-2025 | Saat: 19:30
Bölmə:Ölkə | çapa göndər

Sumqayıt Tibb Mərkəzindən şəkərli diabet xəstələri üçün dərman təminatında yeni qaydalar

Sumqayıt Tibb Mərkəzi şəkərli diabet xəstələrinin dərman təminatını daha səmərəli və rahat etmək məqsədilə yeni qaydaların tətbiqinə başlayıb.

Şəkərli diabet xəstələri hər 3 ayda bir (səhhətində hər hansı bir problem yaşandıqda, doza korreksiyasına ehtiyac olduqda isə daha qısa zaman fasiləsində) yaşadıqları ərazi üzrə poliklinikada həkim-endokrinoloqa müraciət edib müayinədən keçərək, qəbul etdikləri dərmanlar və dozalar barədə ambulator kartdan çıxarış əldə etməlidirlər.

Çıxarış vətəndaşın dislokasiya üzrə qeydiyyatda olduğu Ailə Sağlamlıq Mərkəzindəki ailə həkimi-terapevtə təqdim edilməlidir.

Ailə həkimi-terapevt çıxarış əsasında imtiyazlı resept tərtib edəcək və dərmanların alınma forması barədə məlumat verəcək.
Sonrakı mərhələdə dərmanlar sahə tibb bacıları tərəfindən birbaşa ünvanınıza çatdırılacaq.

Bu sistem poliklinikalarda yaranan növbə və sıxlığı azaldaraq dərman təminatını daha səmərəli və rahat edəcək.

Vətəndaş müraciətləri və əlavə suallar üçün 055 872 47 34 qaynar xəttinə zəng edə bilərsiniz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025