Mobil versiya
Açıq mübarizə apara bilmədikləri üçün hədəf kimi polisi seçirlər
Tarix: 31-05-2025 | Saat: 13:40
Bölmə:Gündəm | çapa göndər

Açıq mübarizə apara bilmədikləri üçün hədəf kimi polisi seçirlər

Polisə qarşı qarayaxma kampaniyası təsadüflərdən yaranmır, arxasında duran səbəblər çoxşaxəlidir. Bu kampaniyaların əsas məqsədi təkcə hüquq-mühafizə orqanlarını gözdən salmaq yox, həm də polisin legitim gücünü, ictimai nizamın dayaqlarını zəiflətməyə yönəlib. Bu, faktdır və heç kim inkar edə bilməz.

İctimai təhlükəsizliyə cavabdeh olan polisə məqsədli informasiya hücumları və reputasiya savaşının bir hissəsi daxili və xarici antiinstitusional qruplar tərəfindən planlı şəkildə həyata keçirilir. Bu, ictimai rəyi çaşdırmaq və polis orqanlarını “legitim güc yox, qorxu vasitəsi” kimi təqdim etməkdir. Belə hücumlar, xüsusilə narkotik, vətəndaş-polis, vətəndaşla təmas kimi həssas mövzularda aparılır.

Prosesi o həddə çatdırırlar ki, sosial şəbəkələrdə manipulyasiya və emosional yönləndirmə ilə tək bir hadisənin videokadrı kontekstdən çıxarılaraq təqdim olunur və bu, ümumi sistemə aid edilir.

Reytinq, klik və populizm dalğasında bəziləri polisə qarşı emosional ifadə və jarqonlarla təzyiqləri yarımçıq, yalan məlumatlarla yazılmış paylaşımlarla polisə qarşı aqressiyanı təşviq edirlər. Sanki “hesablaşma vasitəsi” formasında açıq mübarizə apara bilmədikləri üçün hədəf kimi polisi seçirlər. Onların arqumentində “polis güc vasitəsidir, xalqdan yox, hakimiyyətdən yanadır” tezisi tez-tez təkrarlanır.

Tək-tək vətəndaşlar arasında bəzən polisə qarşı yaranan narazılıq (cərimə, araşdırma, məhdudiyyət və s.) şəxsi emosiyalardan, vətəndaşın davranış və hərəkətləri ilə bağlı olsa da, bu narazılıq tez bir zamanda ümumi kampaniya hissəsinə çevrilə bilir. “Mənə belə oldu” arqumenti ilə başlayan şəxsi şikayətlər kütləvi etimadın zədələnməsi üçün materiala çevrilir.

Bəlli olan, lakin heç kimə sirr deyil ki, xarici təzyiqlər və beynəlxalq rəyin manipulyasiyasında əsas aktor kimi də hədəfə polis çevrilir. Bu da ölkəyə qarşı yönələn təhdidlərin, çağırışların, xaricdən müdaxilə cəhdlərinin tərkib hissəsidir.

Trend olaraq polisə qarşı məqsədli, davamlı və emosional yönümlü informasiya hücumları konkret əməkdaşın fəaliyyəti ətrafında formalaşmır, daha dərinə - dövlətin hüquq və ictimai təhlükəsizlik dayaqlarına qarşı inamsızlıq yaratmağa yönəlir.

Aslan Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025