Mobil versiya
Nigeriyada daşqınlar 117 nəfərin həyatına son qoyub
Tarix: 30-05-2025 | Saat: 22:29
Bölmə:Özəl | çapa göndər

Nigeriyada daşqınlar 117 nəfərin həyatına son qoyub
Nigeriyanın Niger əyalətində güclü yağışlar daşqınlara səbəb olub. Təbii fəlakətdən sonra minlərlə evin dağılması nəticəsində ən azı 117 nəfər həyatını itirib.

Nigeriya daşqınlara məruz qalıb. Niger əyalətində güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində minlərlə evin dağılması nəticəsində azı 117 nəfər ölüb. Niger Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəhbəri İbrahim Hüseyni təxminən 3000 evin su altında qaldığını bildirib. Hüseyni deyib ki, ştatda daşqınlar çərşənbə gecəsi baş verib və dünən səhərə qədər davam edib, çoxlu adam hələ də itkin düşüb.
2022-ci ildə Nigeriyada baş verən daşqın fəlakətində 600-dən çox insan həyatını itirdi, təxminən 1,4 milyon insan didərgin düşdü və 440 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəydi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025