Mobil versiya
Lerikli Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyini qoruyur
Tarix: 31-05-2025 | Saat: 11:12
Bölmə:Özəl | çapa göndər

Lerikli  Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyini qoruyur

1985-ci ildə Sumqayıt şəhərində dünyaya göz açan, əslən dağlar diyarı Lerikdən olan Zaur Telman oğlu Cəlilovun xoş sorağı Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtondan gəlir. Azərbaycan xalqına məxsus nəcib keyfiyyətlərini xarakterində yaşadan, əməlləri ilə millətimizin başını həmişə uca edən həmyerlimiz 2006-ci ildən burada yaşayır. Xüsusi təyinatlı polis zabiti rütbəsinə yüksələn Zaur Cəlilova Vaşinqton şəhərində vəzifə verilib. Belə ki, şərəfli, olduqca çətin iş sayılan xüsusi təyinatlı polis zabiti təyin olunub. Bu vəzifəyə təyinat şəhər meri tərəfindən edilir. Budur, artıq dağlar diyarının mərd, qeyrətli oğluna nəhəng bir dövlət olan Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyi etibar olunub.
Onu da bildirək ki, Zaur Cəlilov Vaşinqton şəhərində yerləşən, ən çətin ali təhsil müəssisəsi sayılan Amerika Polis Akademiyasında oxuyub, oranı fərqlənmə diplomu və medalı ilə başa vurub. Həmçinin həmyerlimiz uşaq vaxtlarında cüdo idmanına maraq göstərib. Gərgin məşqlər həmişə ona uğur qazandırıb. Bu idman növü üzrə üçqat ABŞ çempionudur. 4 il ardıcıl olaraq Birləşmiş Ştatların ən yaxşı cüdoçusu adına layiq görülüb.
Zaur kimi oğullarla fəxr etməyə hər bir Azərbaycanlının mənəvi haqq vardır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025