Rusiya Federasiyasının memorandumu seçkilərin keçirilməsini təklif edir
Tarix: 02-06-2025 | Saat: 22:27
Bölmə:Özəl | çapa göndər

“RİA Novosti” sənədə istinadən xəbər verir ki, Rusiya memorandumu Ukraynada hərbi vəziyyətin ləğvindən sonra 100 gündən gec olmayaraq seçkilərin keçirilməsini nəzərdə tutur. Qeyd olunur ki, bu təklif memorandumda atəşkəs şərtlərinin variantlarından biri kimi yazılıb.
Sənədin mətnində deyilir: “Ukraynada hərbi vəziyyətin ləğvi; Ukrayna Prezidenti və Ali Radaya seçkilərin tarixinin elan edilməsi, bu seçkilər hərbi vəziyyətin ləğvindən sonra 100 gündən gec olmayaraq keçirilməlidir”.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu bazar ertəsi, iyunun 2-də İstanbulda baş tutub.Görüşdə nümayəndə heyətləri münaqişənin həlli ilə bağlı memorandum mübadiləsi aparıblar. Rusiya sənədi Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının yeni ərazilərindən çıxarılmasını, Ukraynaya xarici silahların verilməsinə qadağa qoyulmasını və Krımın, Donbassın və Novorossiyanın Rusiya Federasiyasının tərkibində beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-06-2025