Mobil versiya
Zelenski NATO sammiti ilə bağlı gözlənilməz açıqlama verib
Tarix: 02-06-2025 | Saat: 23:20
Bölmə:Özəl | çapa göndər

Zelenski NATO sammiti ilə bağlı gözlənilməz açıqlama verib
Ukrayna NATO-nun iyunun sonunda Haaqada keçiriləcək sammitinə dəvət alıb.

Bunu ölkə prezidenti Vladimir Zelenski deyib.

"NATO-nun baş katibi ilə görüşümüz oldu. Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu vacibdir", - Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna üçün infrastruktur məsələləri və sammitin nəticələri müzakirə olunacaq.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte ABŞ və Ukrayna arasında ölkənin gələcək alyansa üzvlüyü ilə bağlı fikir ayrılıqları səbəbindən sammitin mümkün pozulacağından narahatlığını bildirib. Ukraynanın iştirak statusu son ana qədər qeyri-müəyyən olaraq qalır. İyunun 24-25-də Haaqada keçiriləcək sammitdə 45-ə yaxın dövlətin liderləri iştirak edəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2025