Mobil versiya
Dəhşətin ünvanı Şanlıurfa! O, küçənin ortasında ov tüfəngi ilə qətlə yetirilib
Tarix: 02-06-2025 | Saat: 23:28
Bölmə:Özəl | çapa göndər

Dəhşətin ünvanı Şanlıurfa! O, küçənin ortasında ov tüfəngi ilə qətlə yetirilib
Şanlıurfanın Siverek mahalında küçə ortasında pompalı ov tüfəngi ilə vurulan 34 yaşlı Şeyhmus Herdem həyatını itirdi.
Hadisə axşam saatlarında Hayriye Məhəlləsində baş verib. İddialara görə, şəxsiyyəti naməlum şəxs və ya şəxslər küçədə gedən Şeyhmus Herdemə pompalı ov tüfəngi ilə atəş açaraq hadisə yerindən qaçıb. Açılan atəş nəticəsində çoxlu qranullara tuş gələn Herdem qan gölünə yıxılıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Hadisə yerində ilkin tibbi yardım alan Herdem Siverek Dövlət Xəstəxanasına çatdırılıb. Müalicə üçün təcili yardıma aparılan Herdemi həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2025