Mobil versiya
Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib -Fotolar
Tarix: 12-06-2025 | Saat: 15:30
Bölmə:Ölkə | çapa göndər

Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Yeni Yasamal-2 ev 10 ünvanında yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı və 15 İyun- Milli Qurtuluş Günü münasibətilə təbrik etdi.Sakinlərin binada liftin quraşdırılması, asudə vaxtlarını keçirmək üçün həyətdə oturacaqların qoyulması,söhbətgahların quraşdırılması və digər məsələlərlə bağlı arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Sakinlər adından çıxış edən bələdiyyənin məhəllə komitəsinin sədri Bəxtiyar Xeyirov rayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlığını bildirdi.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025