İtaliyada davam edən 'Türk mafiyası' istintaqında gözlənilməz irəliləyişlər...
Tarix: 13-06-2025 | Saat: 17:26
Bölmə:Özəl | çapa göndər

İtaliyanın Viterbo şəhərində aparılan "türk mafiyası" araşdırmasında yeni irəliləyişlər var. Prokurorluq istintaqın əsas fiqurlarından biri olan Giorgio Meschiniyə qarşı yeni ittiham irəli sürüb. Milan Baş Prokurorluğu, daha əvvəl 5 il həbs cəzası ilə mühakimə olunan Meschini üçün ümumi həbs cəzasının 6 il 4 aya çatdırılması üçün əlavə 16 ay həbs istəyib.
Meşini İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən və Türkiyədə mütəşəkkil cinayət təşkilatının lideri kimi tanınan Barış Boyunun İtaliyadakı sağ əli kimi təsvir edilir. Prokurorluğun məlumatına görə, Meşini Boyunun İtaliyadakı qaçış planına və maliyyə təşkilatına maddi-texniki dəstək verən şəxs olub.
İtaliya mətbuatının yazdığına görə, yeni iş Meschini-nin qeydiyyatdan keçməmiş vasitələrlə bəzi qeyri-qanuni aktivləri saxlaması şübhəsi ilə açılıb. “Ricettazione” adlanan bu cinayət növü mütəşəkkil cinayətlər çərçivəsində hesab edilir.
Meschiniyə qarşı açılan iş Viterboda 18 nəfərə qarşı başladılan daha geniş əməliyyatın bir hissəsidir. 15 müttəhimin daxil olduğu bu iş üzrə cəzalar 2 ildən 10 ilə qədərdir. Bəzi təqsirləndirilən şəxslər “sürətləndirilmiş məhkəmə” variantını seçiblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-06-2025
13-06-2025
16:10 Strateji mesaj.