İran bütün uçuşları dayandırıb
Tarix: 13-06-2025 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

İran həm daxili, həm də beynəlxalq uçuşları dayandırıb. “İnterfaks” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilir ki, bununla bağlı Mülki Müdafiə İdarəsi tərəfindən müvafiq qərar qəbul edilib. ... İyunun 13-nə keçən gecə İsrail “Şir kimi millət” adlı əməliyyata başladığını elan edib. Bu əməliyyatın əsas məqsədi İranın nüvə və raket proqramlarına zərbə endirməkdir. İsrail ordusu Tehran və Natanz da daxil olmaqla İslam Respublikasının bir sıra şəhərlərinə hücum edib.
Bundan sonra İranın Qum şəhəri yaxınlığındakı Cəmkəran məscidi üzərində qırmızı qisas bayrağı qaldırılıb. Yayımlanan görüntülərdə bayrağın qaldırılması prosesi əks olunub. Əllərində İran bayraqları olan çoxlu insan məscidin yaxınlığındakı meydana toplaşıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-06-2025
13-06-2025
16:10 Strateji mesaj.