Mobil versiya
Hindistanda təyyarə qəzasının yeni səbəbini adlandırıb
Tarix: 12-06-2025 | Saat: 21:07
Bölmə:Özəl | çapa göndər

Hindistanda təyyarə qəzasının yeni səbəbini adlandırıb
Hindistanda təyyarə qəzasına mühərrikin nasazlığı səbəb ola bilərdi. Hindistanın News 18 telekanalının mənbəsi Air India təyyarəsinin qəzaya uğramasının səbəblərinin yeni versiyasını açıqlayıb.
"Qəzanın səbəbi hər iki mühərrikin sıradan çıxması ola bilərdi", - məlumatda deyilir.
Kanalın mənbəsinin sözlərinə görə, hər iki mühərrik sıradan çıxdıqda pilot hava hərəkəti dispetçerlərinə qəza siqnalı göndərib. Eyni zamanda mənbə yekun nəticə çıxarmaq üçün hələ tez olduğunu vurğulayıb.

Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalar davam edir. Əvvəllər təyyarə qəzasının mümkün səbəbləri kimi pilot xətası və ya quşlarla toqquşma göstərilirdi.

Hindistanın yaşayış massivində qəzaya uğrayan təyyarə iyunun 12-də məlum olub. Təyyarənin göyərtəsində 242 nəfər olub, onlardan yalnız biri - 11A oturacaqda oturan sərnişin sağ qalıb. Təyyarə yataqxana binasına çırpılıb, tələbələr arasında xəsarət alanlar da var - ilkin məlumatlara görə, 50 nəfəri, daha beş nəfəri xilas etmək mümkün olmayıb. İnternetdə qəza anı və qəza yerindən video da peyda olub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025