Almaniya Ukraynaya 1,9 milyard avro əlavə hərbi yardım vəd edir
Tarix: 12-06-2025 | Saat: 22:14
Bölmə:Özəl | çapa göndər

Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə qəfil səfəri zamanı Ukraynaya 1,9 milyard avro əlavə hərbi yardım vəd edib, eyni zamanda ölkəsinin Ukraynaya “Taurus” qanadlı raketlərini çatdırmayacağını bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya gözlənilməz səfəri çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüşdən sonra Zelenski və Pistorius birgə mətbuat konfransı keçirib.
Pistorius Almaniyanın Ukraynaya 1,9 milyard avro əlavə hərbi yardım edəcəyinə söz verdiyini bildirərək, Ukraynaya yeni hərbi yardımın uzaqmənzilli raketlərin maliyyələşdirilməsi üçün istifadə ediləcəyini açıqlayıb. 2025-ci ilin əvvəlində Ukraynaya 4 milyard avroluq dəstək verdiklərini, daha sonra bu məbləğin 7 milyard avroya çatdırıldığını xatırladan Pistorius, bu gün 1,9 milyard avro əlavə hərbi dəstək vəd etdiyini bildirib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-06-2025
16:10 Strateji mesaj.