Mobil versiya
Tədqiqat: Amazon əqrəb toksini döş xərçəngi hüceyrələrini öldürür
Tarix: 18-06-2025 | Saat: 17:03
Bölmə:Özəl | çapa göndər

Tədqiqat: Amazon əqrəb toksini döş xərçəngi hüceyrələrini öldürür
Phys.org xəbər verir ki, Braziliyanın Sao Paulo Universitetinin tədqiqatçıları Amazon əqrəbinin adi növünün zəhərinin döş xərçənginə qarşı dərman üçün əsas ola biləcəyinə inanırlar.
Elm adamları Brotheas amazonicus toksinində adi bir kimyaterapiya dərmanına bənzər şəkildə döş xərçəngi hüceyrələrinə təsir edən bir molekul müəyyən etdilər. Araşdırmanın ilkin nəticələri iyunun 10-dan 12-dək Fransada keçirilən konfransda təqdim olunub.

Bu araşdırma üzərində işləyən alimlər zınqırovlu ilanın və əqrəbin zəhərindən olan zülallar kimi bioloji aktiv maddələrin klonlaşdırılması və ifadəsi ilə məşğuldurlar. Onların tədqiqatlarının nəticəsi bəzi ilanların zəhərindən çıxarılan serinoproteinaza fermentindən və iribuynuzlu mal-qaranın və ya qoyunun qanından kriopresipitatın tərkibindən patentləşdirilmiş “bioloji yapışqan”ın hazırlanması olub.

Bu komponentlər tətbiq olunduqda birləşərək təbii laxtalanma və sağalma proseslərini təqlid edən fibrin şəbəkəsi əmələ gətirir. Mastikin sinirləri “yapışdırmaq”, sümük zədələrini müalicə etmək və onurğa beyni zədələrindən sonra hərəkətliliyi bərpa etmək üçün istifadə edilməsi planlaşdırılır. Hazırda o, klinik sınaqların üçüncü və son mərhələsindədir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-06-2025