Mobil versiya
İran Rusiyadan narazılığını bildirib
Tarix: 23-06-2025 | Saat: 20:43
Bölmə:Özəl | çapa göndər

İran Rusiyadan narazılığını bildirib
Tehran Rusiyanın dəstəyindən narazıdır və Rusiya prezidenti Vladimir Putindən İsrail və ABŞ-la qarşıdurmada İran üçün daha çox işlər görməsini istəyir, Reuters yüksək rütbəli İran rəsmisinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bazar ertəsi, iyunun 23-də Putin Kremldə Rusiya xarici işlər naziri Sergey Lavrov, Kremlin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov və Rusiya QRU-nun rəhbəri İqor Kostyukovla birlikdə İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

Mənbə qeyd edib ki, Əraqçi İran hakimiyyətinin Rusiyadan əlavə yardım istəməsi ilə bağlı Putinə məktubu çatdırmalı idi.

Agentliyin mənbəsinin sözlərinə görə, bu barədə Moskvadan heç bir təsdiq gəlməyib. O əlavə edib ki, İran hələ Rusiyanın dəstəyindən heyran deyil.

Xarici İşlər Nazirliyi Rusiyanın İrana hərbi yardım edib-etməyəcəyini açıqlayıb

Bununla yanaşı, jurnalistlər izah ediblər ki, mənbə Tehranın konkret olaraq hansı yardımı almaq istədiyini açıqlamağı lazım bilməyib.

Xatırladaq ki, Rusiya bu ilin əvvəlində Tehranla 20 illik strateji tərəfdaşlıq müqaviləsi imzalasa da, dərc olunmuş müqavilədə qarşılıqlı müdafiə ilə bağlı bənd yoxdur.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2025