Mobil versiya
“ASAN xidmət” modeli Ruandada da tətbiq ediləcək
Tarix: 30-06-2025 | Saat: 11:00
Bölmə:Siyasət | çapa göndər

“ASAN xidmət” modeli Ruandada da tətbiq ediləcək

“ASAN xidmət” modeli Ruandada tətbiq ediləcək.

Bu barədə aia.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ruandanın dəvəti ilə bu ölkəyə səfər edib.

Səfər çərçivəsində Ruandanın İnkişaf Şurası, Ruandanın dövlət xidməti naziri, eləcə də digər aidiyyati qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib. Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə əlaqədar geniş təqdimat edilib.

Görüşdən sonra Dövlət Agentliyi ilə Ruandanın İnkişaf Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqidir. Anlaşma Memorandumunun implementasiyası çərçivəsində “ASAN xidmət” təcrübəsi əsasında Ruandada dövlət xidməti mərkəzinin yaradılması planlaşdırılır.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə baş tutmuş 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ruanda Prezidenti Pol Kaqame arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqində maraqlı olduğunu bildirib və bu çərçivədə Ruanda nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Qeyd edək ki, cari ilin iyununda “ASAN xidmət” modeli əsasında Efiopiyada da “MESOB” dövlət xidməti mərkəzi yaradılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025