Tramp: İran sülhsevər olsa, sanksiyaları ləğv edə bilərəm
Tarix: 30-06-2025 | Saat: 13:10
Bölmə:Özəl | çapa göndər

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı hava hücumlarının uğurlu olduğunu deyib və əlavə edib ki, “İran sülhsevərdirsə, sanksiyaları ləğv edə bilərəm”.
ABŞ prezidenti Donald Tramp ABŞ mətbuatına İran və İsrail arasındakı münaqişə ilə bağlı danışıb. Tramp İsrailin İrana hücumları ilə başlayan münaqişədə hər iki tərəfin çox yorulduğunu və ABŞ-ın İrana hava hücumlarının uğurlu olduğunu bildirib.
Hücumlardan əvvəl İranın zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair iddiaları rədd edən Tramp, "Onlar sağ qalmaq üçün özlərindən başqa heç nəyi köçürməyiblər. Etdiyimizin əslində edilə biləcəyini düşünmürdülər" dedi.
İrana qarşı sanksiyaların davam etdiyini xatırladan Tramp, "Xeyr, bunu demədim. Sanksiyalar hələ də qüvvədədir, amma əgər onlar üzərlərinə düşəni edərlərsə, sülhsevərdirlərsə və bizimlə əməkdaşlıq etsələr, bundan artıq zərər verməyəcəklərsə, o zaman sanksiyaları qaldıracağam" deyib.
Gündəmi dəyərləndirən Tramp, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin hesabatının sızdırılmasına görə jurnalistləri və demokratları məsul tutdu və sızdırmaya görə məsuliyyət daşıyanların mühakimə olunması lazım olduğunu bildirdi. Tramp, "Milli təhlükəsizlik təhlükədədir. Mənbəni tapmalısınız. Düşünürəm ki, biz də belə şeylər edəcəyik. İrandakı nüvə obyektlərinə mükəmməl uçuşla bağlı məlumatları sızdıranlar demokratlardır. Onlar mühakimə olunmalıdır".
Tramp Kanada ilə ticarət məsələsinə də toxunaraq, iki ölkə arasındakı danışıqların müəyyən vergilər azalana qədər dayandırıldığını açıqlayıb və “Vergilər azalmayana qədər irəliləməyəcəyik” deyib.
aia.az
tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2025