Mobil versiya
Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji təhlükəsizliyi sahəsində daha bir strateji addım
Tarix: 30-06-2025 | Saat: 16:30
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji təhlükəsizliyi sahəsində daha bir strateji addım

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar və strateji layihələr nəticəsində enerji sektorunda növbəti mühüm uğura imza atıldı. 2025-ci il iyun ayının 28-də dövlət başçısının iştirakı ilə Mingəçevirdə istifadəyə verilən 8 Noyabr Elektrik Stansiyası bu uğurların əyani təzahürüdür.

Adını şanlı Zəfər Günümüzdən alan bu stansiya təkcə texniki göstəriciləri ilə deyil, həm də siyasi, iqtisadi və ekoloji əhəmiyyəti ilə xüsusi dəyərə malikdir. Prezident İlham Əliyevin açılış mərasimində dediyi kimi, bu stansiya Azərbaycanda sənaye və iqtisadi inkişafın dayanıqlığını təmin edəcək, enerji təhlükəsizliyimizi daha da möhkəmləndirəcək. Yeni stansiyanın gücü 1.280 meqavat təşkil edir və bu, hazırkı dövrdə ölkəmizin enerji balansında mühüm dəyişikliklərə səbəb olacaq. Ən müasir texnologiyalarla təchiz edilmiş bu obyekt il ərzində 7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal etməyə imkan verir. Eyni zamanda, bu göstərici il ərzində 1 milyard kubmetrdən artıq təbii qaza qənaət deməkdir. Bu isə Azərbaycanın ixrac potensialını artırmaqla yanaşı, enerji effektivliyini yüksəldir və ekoloji tarazlığa töhfə verir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu layihə yalnız yerli ehtiyacları ödəməklə kifayətlənmir, eyni zamanda Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq nüfuzunu daha da artırır. Hazırda ölkəmiz həm şərq, həm qərb, həm də cənub qonşularına elektrik enerjisi ixrac edir. Bu strateji xətt Azərbaycanı regionun enerji qovşaqlarından birinə çevirir.8 Noyabr Elektrik Stansiyasının istismara verilməsi həm də zəfər ruhunun iqtisadi uğurlara çevrilməsinin bariz nümunəsidir. Qarabağda aparılan quruculuq, Zəngəzur dəhlizinin reallaşması, yeni nəqliyyat və enerji magistralları ilə yanaşı bu kimi layihələr ölkəmizin gələcəyinə xidmət edir.Azərbaycanın enerji strategiyası, Prezident İlham Əliyevin dediyi kimi, “ölkənin gələcəyinə hesablanmış ağıllı siyasətin nəticəsidir”. Bu strategiya həm enerji müstəqilliyini təmin edir, həm də bölgədə sülh, sabitlik və iqtisadi əməkdaşlıq üçün baza formalaşdırır.

Beləliklə, Mingəçevirdə istifadəyə verilmiş bu möhtəşəm stansiya, həm texnoloji baxımdan müasir, həm də ideoloji baxımdan milli ruhun təcəssümüdür. 8 Noyabr – Zəfərin simvolu, elektrik stansiyası – gücün və davamlı inkişafın göstəricisi kimi tarixə yazıldı.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025