Ankarada qəza: Ölən və yaralananlar var
Tarix: 30-06-2025 | Saat: 20:43
Bölmə:Özəl | çapa göndər

Ankaranın Gölbaşı səmtində xidməti mikroavtobus yük maşınının arxasına çırpılıb. Dəhşətli qəzada 1 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Qəza saat 17:30 radələrində Ankara ətraf yolunun Gölbaşı istiqamətində baş verib. Adı məlum olmayan sürücüsünün xidməti mikroavtobusu idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan 06 KA 7705 dövlət nömrə nişanlı yük maşınına arxadan çırpılıb. Mikroavtobus metal qırıntısına çevrildi və xəbərin ardından hadisə yerinə çoxlu sağlamlıq, xilasetmə və polis qrupları sövq edildi. Sağlamlıq qrupunun müayinəsi nəticəsində mikroavtobus sürücüsünün həyatını itirdiyi müəyyən edilib. Xəsarət alan 5 sərnişinə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Yük maşınının sürücüsü ifadə vermək üçün polis bölməsinə aparılıb.
Qəza səbəbiylə Ankara ətraf yolunun Gölbaşı istiqamətində bir müddət nəqliyyat vasitələrinin hərəkəti nəzarət altına alınıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2025