Mobil versiya
Milli Məclisdə Mərakeşli deputatlarla görüş keçirilib
Tarix: 30-06-2025 | Saat: 16:37
Bölmə:Siyasət / Parlament | çapa göndər

Milli Məclisdə Mərakeşli deputatlarla görüş keçirilib

İyunun 30-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Fazil Mustafa ölkələrimiz arasında münasibətlərdən söz açıb, Azərbaycan və Mərakeş ali rəhbərlərinin səyləri ilə bu dostluğun və əməkdaşlığın daim inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Komitə sədri parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsirindən danışıb, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Mərakeş Krallığı Parlamentinin nümayəndə heyətinin rəhbəri, Nümayəndələr Palatasının tematik parlament qrupu sədrinin müavini Hasan Umribt Azərbaycanla Mərakeşin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərini yüksək dəyərləndirib. Beynəlxalq arenada parlament diplomatiyasının artan nüfuzunu qeyd edən qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Sonra Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İlham Məmmədov və Pərvanə Vəliyeva, Mərakeş Parlamentinin nümayəndə heyətinin üzvü Fatima Yasin çıxış ediblər, Azərbaycan ilə Mərakeşin həm ikitərəfli formatda, həm parlamentlər səviyyəsində, həm də beynəlxalq platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyətindən danışıblar.
Görüşdə elm, təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025