EKO Qafqazda aparıcı aktora çevrilir
Tarix: 07-07-2025 | Saat: 09:32
Bölmə:Siyasət | çapa göndər

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Bu mötəbər tədbirin Xankəndidə keçirilməsi bir neçə baxımdan mühüm geosiyasi, iqtisadi və tarixi əhəmiyyət daşıyır. İlk növbədə ECO-ya üzv ölkələrin dövlət başçılarının nümayəndələrinin Xankəndiyə səfəri beynəlxalq ictimaiyyətə güclü mesaj verir. Zirvə toplantısı Qarabağın, o cümlədən Xankəndinin post-münaqişə dövründə inkişafına və reinteqrasiyasına dəstək xarakteri daşıyır. Həmçinin xarici investisiyaların işğaldan azad olunmuş ərazilərə cəlb olunması üçün stimul yaradır. Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialının ECO çərçivəsində müzakirəsinə nail olunur. Logistika, enerji, infrastruktur və digər sahələrdə regional layihələrə azad olunmuş ərazilərimizin inteqrasiyasına təkan verir.
Öz çıxışında cənab Prezident İlham Əliyeb demişdir: “İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük qayıdış” proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.” Zirvə toplantısının belə həssas bir məkanda keçirilməsi təşkilatın regional sabitlik və əməkdaşlıqda rolunu nümayiş etdirir, həmçinin yalnız iqtisadi deyil, geosiyasi çəkiyə malik bir təşkilat olduğunu göstərir. Bununla da ECO Qafqaz bölgəsində daha fəal və təsiredici aktora çevrilməsinə şərait yaradır. Toplantı eyni zamanda Ermənistan, onun havadarları və ölkəmizin tam müstəqil siyasət yürütməsini həzm edə bilməyən digər dövlətlər üçün də mühüm bir mesaj rolunu oynadı. Qarabağın statusu məsələsinin bağlandığını, bölgənin Azərbaycan suverenliyi altında inkişaf etdiyini göstərir. Həmçinin Xankəndidə belə yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın növbət böyük diplomatik uğuru kimi dəyərləndirilməlidir. Xankəndi Sammiti çox yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına və sərmayə qoyuluşuna təkan verəcək.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-07-2025
13:41 Nigeriyada faciə: 21 ölü