Mobil versiya
İsrail Yəmənə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib
Tarix: 07-07-2025 | Saat: 09:43
Bölmə:Dünya | çapa göndər

İsrail Yəmənə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib

İsrail Hərbi Hava Qüvvələri Yəmənin müxtəlif bölgələrinə hava zərbələri endirib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində ümumilikdə 60-dan çox sursatdan istifadə olunub.

Aviazərbələr əsasən Əl-Hudeydə, Ras-İssa və Salif limanlarına, Ras əl-Xatib elektrik stansiyasına, eləcə də "Galaxy Leader" yük gəmisinə yönəlib.

Zərbələrdən sonra husilərin nəzarətində olan ərazilərdə təxliyə elan edilib.

Husilərin nümayəndəsi bildirib ki, Yəmən Hərbi Hava Qüvvələri İsrailin təxribatçı hücumlarına qarşı cavab verir.

İsrail tərəfi əməliyyata “Qara Bayraq” adı verildiyini açıqlayıb və hücumların davam edəcəyini istisna etməyib.

Rəsmi Təl-Əvivin bəyanatına görə, hücumlar husilərin son hərəkətlərinə cavab olaraq həyata keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025